Son yeniləmə: 2 Noyabr 2022 16:14
BAYRAQDAR MEDİA – Noyabrın 3-də saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə məlumatda qeyd olunur.