Press "Enter" to skip to content

“Bizim komandir” filmi nümayiş olunub

Filmin nümayişi zamanı

Son yeniləmə: 2 Noyabr 2022 13:11

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr olunan “Bizim Komandir” filmi nümayiş olunub.

Bu barədə Baş idarədən məlumat verilib.

Bildirilib ki, Yasamal rayon 176 nömrəli tam orta məktəbin şagirdləri öncə Heydər Əliyev Mərkəzinin muzey bölməsi ilə tanış olublar: “Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra məktəblilər filmi izləyiblər”.

Məlumata əsasən, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” haqqında 40-dan çox film çəkilib. “Bizim Komandir” filmi də Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr olunub: “Filmdə Milli Qəhrəmanın həyat yolundan, döyüş yoldaşları bir araya yığışıb onun bir komandir kimi döyüş şücaətlərdən, ailəsi anası, həyat yoldaşı, oğlu Milli Qəhrəman ailəsi kimi onun qəhrəmanlığından qürur duyduqlarından danışıblar. Filmdə Birinci Qarabağ müharibəsinin iştirakçılarından örnək, nümunə götürən qalib ordunun əsgərlərinin döyüşə hazırlıqlarından, Zəfər paradından götürülən fraqmentlərdən istifadə olunub”.

Mission News Theme by Compete Themes.