Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə dövlət başçılarının danışığı olub

İlham Əliyev və Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib.

Bu haqda xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

“Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

“Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib”, – deyə xəbərdə bildirilir.

Tərəflər Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi də aparıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.