Son yeniləmə: 2 Noyabr 2022 13:39
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən VII Könüllülük Proqramı çərçivəsində 29 könüllü fəaliyyətə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 2-də BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada müraciət edib: “Onlardan müvafiq meyarlar əsasında 70 nəfər müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 29 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub. Könüllü gənclər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Onlara proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək”.
Qeyd edilib ki, BŞTİ 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir: “İndiyədək İdarə tərəfindən həyata keçirilmiş könüllülük proqramlarında 200-dək gənc iştirak edib. Onlardan 19 nəfəri BŞTİ-də işə cəlb olunub”.