Press "Enter" to skip to content

“YAŞAT” payız düşərgəsi tamamlanıb

Son yeniləmə: 1 Noyabr 2022 12:22

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrn 1-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, 28-31 oktyabr tarixində Göygöl rayonunda təşkil olunan düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edib: “Düşərgə müddətində iştirakçılar ekskursiyalar çərçivəsində N saylı hərbi hissəni, Göygölü, Maralgölü və Göygöl şərab zavodunu ziyarət ediblər. Peşəkar skautlar tərəfindən düşərgə həyatının ayrılmaz hissəsi olan çadırların düzgün formada quraşdırılması, oxatma və səmtin təyin edilməsi təlimləri həyata keçirilib. Düşərgənin sonuncu günü bağlanış mərasimi keçirilib, iştirakçılara simvolik hədiyyələr təqdim olunub”. “YAŞAT” Fondu tərəfindən bundan sonra da şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlərin təşkili davam edəcək, onların yüksək səviyyəli təhsilinə dəstək göstəriləcək.

Mission News Theme by Compete Themes.