Press "Enter" to skip to content

Türk dünyasının rəğbətini qazanan dahi

Tədbir zamanı

Doç. Dr. Soner Sağlam: Hüseyn Cavid öz əsərləri ilə türkçülüyə mühüm töhfələr verib

BAYRAQDAR MEDİA – Dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə qardaş Türkiyənin Denizli şəhərində tədbirin keçiriləcəyi haqqında məlumat vermişdik.

Pamukkale Universitetində Hüseyn Cavid anılacaq – ÖZƏL

Qeyd edək ki, Pamukkale Universitetinin Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, həmçinin Sağlıq Kültür və Spor Dairə Başqanlığı Türk Yurdları Kültür və Sənət Topluluğunun təşkilatçılığı ilə hazırlanan tədbir yüksək səviyyədə keçib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Doç. Dr. Soner Sağlam məlumat verib.

Onun sözlərinə görə, Denizli şəhərindəki Pamukkale Universitetinin Prof. Dr. İsmail Çetişli konfrans salonunda keçirilən elmi konfransda müəllim və tələbələr iştirak edib.

Doç. Dr. Soner Sağlam
Doç. Dr. Soner Sağlam

Konfransda məruzə ilə çıxış edən Doç. Dr. S.Sağlam dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Məruzədə dahi H.Cavidin İstanbulda yaşadığı illərdə türkçülük düşüncəsini mənimsədiyi vurğulanıb. Bildirilib ki, H.Cavid öz əsərləri ilə türk dünyasının rəğbətini qazanıb, türkçülüyə mühüm töhfələr verib.

H.Cavidin əsərlərində insana xüsusi dəyər verildiyini bildirən məruzəçi çıxışında bununla bağlı nümunələri də səsləndirib. Dahi şairin “Qoca bir türkün vəsiyyəti” adlı şeirini də təqdim edən məruzəçi deyib: “Bu şeir adətən H.Cavidin gənclik arzularını ortaya qoyur. Bu şeirdə təkcə Azərbaycan övladları üçün deyil, bütün türk dünyası üçün bir gənclik idealı var. Eyni zamanda, şeirin son bölümlərində H.Cavidin türkçülük düşüncəsi də çox gözəl təqidm edilmişdir. Onun elmə, təhsilə verdiyi önəm misralarda da öz əksini tapmışdır”.

İslam Məmmədov
İslam Məmmədov

Məlumata əsasən, daha sonra konfrans çıxışlarla davam edib. Pamukkale Universitetinin asprantı, azərbaycanlı İslam Məmmədov dahi şairin “Mənim tanrım” adlı şeirini təqdim etməklə yanaşı, H.Cavid yaradıcılığına nəzər salıb.

Çıxışlardan sonra H.Cavidə həsr edilmiş qısa film nümayiş etdirilib.

Huseyn Cavidə həsr edilmiş filmdən kadr
Huseyn Cavidə həsr edilmiş filmdən kadr

Bu filmin əldə edilməsində göstərdiyi dəstəyə görə TÜRKSOYun Azərbaycan təmsilcisi Elçin Qafarlıya minnətdarlıq edib.

Mission News Theme by Compete Themes.