Press "Enter" to skip to content

Ankarada aksiya: Fransaya “dur” deyiləcək

Son yeniləmə: 1 Noyabr 2022 19:51

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, son vaxtlar bəzi dövlətlər, xüsusilə də Fransa və İran Azərbaycanın, o cümlədən Türkiyənin əleyhinə davamlı addımlar atır. Elə məhz bu iki dövlətin təkid və təsiri ilə Ermənistan da Azərbaycana qarşı təxribatlarını davam etdirir.

Hər zaman Ermənistanın yanında olan, bu ölkənin işğalçılıq siyasətinə qarşı səsini çıxarmayan Fransa bu gün də Türkiyə-Azərbaycan qardaşlığından rahatsız olur. Məhz buna görə də bu ermənipərəst ölkədə türk dünyasına qarşı davamlı addımlar atılır.

Bu isə bütün türk dünyasında etirazla qarşılanır. Elə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADƏHF) noyabrın 7-də Fransanın Türkiyədəki səfirliyi önündə keçirəcəyi aksiyadan da məqsəd Fransanın bu əməllərinə etiraz etməkdir.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, aksiyada son vaxtlar Ermənistanla Yunanıstandan istifadə edərək Türkiyə və Azərbaycana qarşı addımlar atan Fransaya etiraz ediləcək. Aksiya zamanı Fransa Senatının Azərbaycan əleyhinə addımları da qınanılacaq.

Mission News Theme by Compete Themes.