BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində bu ölkənin Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanın da qatıldığı üçtərəfli görüşün ardından Əlcəzairə yollanıb.
Xəbəri Prezidentin Mətbuat xidməti noyabrın 1-də yayıb.
“Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib. Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar”, – deyə xəbərdə bildirilir.