Son yeniləmə: 1 Noyabr 2022 10:30
BAYRAQDAR MEDİA – Noyabrın 1-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, uşaqların yerdəyişməsi prosesi bu portal vasitəsilə həyata keçirilir: “Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir”.