Press "Enter" to skip to content

Komando hərbi hissəsində taktiki-xüsusi təlim – VİDEO

Təlim zamanı

Son yeniləmə: 1 Noyabr 2022 14:18

BAYRAQDAR MEDİA – Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər: “Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib”.

https://www.youtube.com/watch?v=W2QdYBR6F10

Mission News Theme by Compete Themes.