Son yeniləmə: 1 Noyabr 2022 13:58
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 1-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə dövlət-özəl sektor tərəfdaşliği sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.