Press "Enter" to skip to content

Deputatdan Soçi görüşmələri ilə bağlı dəyərləndirmə

Soçi görüşündən görüntü

Azərbaycan hakimiyyəti Soçi görüşündə qətiyyətli mövqeyi bir daha ortaya qoydu

BAYRAQDAR MEDİA – Oktyabrın 31-də Soçidə keçirilmiş məlum üçlü görüşmədə Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə qətiyyət nümayiş etdirməsi siyasi təhlilçilər, siyasət adamları tərəfindən təqdirlə qarşılanır. Məsələylə bağlı Milli Məclisin deputatı İlham Məmmədov da özünün sosial media hesabında mövqe ifadə edib.

Deputat İ.Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçən danışıqlar və sonda qəbul edilən ortaq bəyanatı Azərbaycan hakimiyyətinin qətiyyətli mövqeyinin təntənəsi kimi dəyərləndirib.

Soçi görüşündən çıxan üçtərəfli yekun Bəyanat – TAM MƏTN

“Xüsusilə qeyd etmək lazımdır ki, təzyiqlərə baxmayaraq Azərbaycan “Qarabağ münaqişəsi həll olunub, bu kontekstdə danışacaq heç bir mövzu yoxdur” kimi prinsipial və qəti mövqeyini qorudu və Bəyanatda Qarabağla bağlı heç bir fikir yer almadı. Bu isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələlər barəsində veriləcək qərarların Azərbaycanın daxili işi olduğunu və bunu heç bir xarici ölkə ilə müzakirə etmək fikrimizin olmadığını bir daha təsdiq etdi. Soçi görüşünün yekun nəticələri bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət təsir göstərəcək”, – deyə deputat qeyd edib.

Mission News Theme by Compete Themes.