BAYRAQDAR MEDİA – Noyabrın 1-dən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, müraciət etmək istəyən şəxslər zəruri sənədləri çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər. Qeyd edilib ki, zəruri sənədlərə kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti daxildir.
O da bildirilib ki, ətraflı məlumatı regional təhsil idarələrinin sosial media hesablarından əldə etmək mümkündür.