Press "Enter" to skip to content

Bu məkanda qəhrəmanların xatirəsi yaşadılacaq

Açılış mərasimindən xatirə fotosu

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə, Kocaelidə Şəhid qohumları və qazilər mədəniyyət evinin açılışı olub.

Bununla bağlı məlumatda qeyd olunub ki, 280 kvadratmetr sahədə inşa edilən mədəniyyət evində şəhidlərin tərcümeyi-halı və məktubları, tarixə işıq salan bir çox sənədlər toplanıb: “Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa edilən Şəhid qohumları və qazilər mədəniyyət evində Çanakkaledə şəhid olan Yəhya Kaptan, İpsiz Recep Emice və Kara Fatma kimi milli mübarizə qəhrəmanlarının, 1951-2021-ci illər arasında şəhid olan Kocaeli şəhidlərinin tərcümeyi-halları, 15 iyul qanlı dövlət çevrilişinə cəhdə işıq tutan fotoşəkilləri və bir çox sənədlər var”.

Mission News Theme by Compete Themes.