Son yeniləmə: 31 Oktyabr 2022 09:40
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi bu il dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyidir. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 24-də “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Həmin Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. Bu Sərəncamdan irəli gələrək dövlət qurumları tərəfindən ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirilir.
Bundan başqa türk dünyasında da müxtəlif ölkələrin elmi və mədəniyyət mərkəzləri tərəfindən tədbirlər keçirilir. Bu da səbəbsiz deyil. Çünki H.Cavid sovet ideologiyasının təzyiqlərinə baxmayaraq, milli düşüncələrindən və dəyərlərindən geri çəkilməyib, öz əsərlərində milli təfəkkürü xüsusilə vurğulayıb. O, həmçinin öz əsərləri ilə türk dünyasının rəğbətini qazanıb, türkçülüyə mühüm töhfələr verib.
Qeyd edək ki, H.Cavid irsinə dəyər verənlər sırasında qardaş Türkiyənin Denizli şəhəri də var. Belə ki, oktyabrın 31-də Denizli şəhərindəki Pamukkale Universitetinin Prof. Dr. İsmail Çetişli konfrans salonunda Hüseyin Cavidin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya özəl olaraq Doç. Dr. Soner Sağlam məlumat verib. Qeyd edilib ki, S.Sağlamın əsas məruzəçi olduğu tədbirin təşkilatçısı Pamukkale Universitetinin Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, həmçinin Sağlıq Kültür və Spor Dairə Başqanlığı Türk Yurdları Kültür və Sənət Topluluğudur.
[…] Pamukkale Universitetində Hüseyn Cavid anılacaq – ÖZƏL […]