Press "Enter" to skip to content

Müdafiə naziri türkmən oldu

Sabit Bəşər Halaybeg (sağda)

Son yeniləmə: 31 Oktyabr 2022 09:14

İraq türkmənlərinin etirazı öz bəhrəsini verdi

BAYRAQDAR MEDİA – İraqda türkmənlərlə bağlı geri addım atılıb. Belə ki, yeni hökumət qurularkən türkmənləri kənarda saxlayan Məhəmməd Şia əs-Sudani qərarına yenidən baxıb.

Daha doğrusu, İraq türkmənlərinin etirazları öz bəhrəsini verib.

Kırım Haber Ajansının məlumatına görə, Təlafər bölgəsindən olan türkmən Sabit Bəşər Halaybeg İraqın müdafiə naziri təyin edilib. İraqda qurulacaq yeni hökumətdə İraq Türkmən Cəbhəsindən digər önəmli şəxlərin də nazir olacağı gözlənilir.

Məlumatda o da qeyd edilir ki, 2022-ci il oktyabrın 13-də İraq parlamentində keçirilən iclasda prezident seçilən kürd siyasətçi Əbdüllətif Rəşid hökuməti qurma tapşırığını şiələrin baş nazirliyə namizədi Məhəmməd Şia əs-Sudaniyə verib: “Həmin tarixdən hökumətin qurulması prosesi davam edərkən, İraq türkmənləri kənarda saxlanılıb. Bu isə türkmənlərin haqlı etirazlarına səbəb olub. Sonda isə müdafiə naziri postu türkmən Sabit Bəşər Halaybegə verilib”.

Mission News Theme by Compete Themes.