Press "Enter" to skip to content

İdman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim

BAYRAQDAR MEDİA – Noyabrın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə idman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim təşkil edəcək. Təlim Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri ərəfəsində olacaq.

Bu barədə ACF-dən məlumat verilib.

Bildirilib ki, BCF-in fotoqrafları Qabriyela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçiriləcək təlim Heydər Əliyev adına idman arenasında olacaq: “Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklərlə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir”.

Mission News Theme by Compete Themes.