Son yeniləmə: 31 Oktyabr 2022 14:05
Osman Zolan: Bu şəhərə xidmət etmək ən böyük şərəfdir
BAYRAQDAR MEDİA – Qardaş Tükiyənin Denizli Büyükşəhər Bələdiyyəsi 146 yaşındadır. 30 oktyabr 1876-cı ildə qurulan bələdiyyə təşkilatının 146-cı ildönümü təntənəli mərasimlə qeyd olunub.
Mərasimdə çıxış edən bələdiyyə başqanı Osman Zolan 1876-cı ildə başlayan yürüşün ara vermədən bu günə çatdığını ifadə edib. O.Zolan, “Ən böyük şərəf bu şəhərə xidmət etməkdir”, – deyib.
Məlumata əsasən, Denizli Valiliyi qarşısında Mustafa Kemal Atatürkün abidəsi önündə təşkil edilən mərasimə Denizli Böyükşəhər Bələdiyyəsin başqanı Osman Zolan, Merkezefendi İlçe Kaymakamı Adem Uslu, bələdiyyənin keçmiş başqanı Hasan Gönüllü, qonaqlar və vətəndaşlar qatılıb.
Abidə önünə əklil qoyulduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və İstiqlal Marşı oxunub. Sonra Denizli Böyükşəhər Bələdiyyəsi Xalq Oyunları Ansamblının şousu nümayiş etdirilib.
Mərasimin açılış nitqində O.Zolan qurumun yarandığı vaxtdan bu günə bələdiyyədə çalışan bütün rəhbər və üzvləri yad edib. Dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara can sağlığı arzulayıb.
Mərasimdən sonra bələdiyyə sədri və onu müşayiət edən şəxslər dünyasını dəyişən bələdiyyə sədrlərinin məzarlarını ziyarət edərək dualar ediblər.
Onu da qeyd edək ki, O.Zolan qurumun 146-cı ildönümü ilə bağlı özünün Twitter hesabından da paylaşım edib. Paylaşımda deyilir: “Bu şəhərə xidmət etmək ən böyük şərəfdir… 1876-cı il oktyabrın 30-da yaradılmış bələdiyyə təşkilatımızın 146 illik yubileyini qeyd etdik. 1876-cı ildə Denizlidə başlayan bu yürüşü fasiləsiz davam etdiririk. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Onurların en büyüğü bu şehre hizmet etmektir…
30 Ekim 1876 yılında kurulan belediye teşkilatımızın 146. yıldönümünü kutladık. Denizli'de 1876’da başlayan bu yürüyüşü kesintisiz bir şekilde sürdürüyoruz. Emeği geçen herkese çok teşekkür ediyorum. pic.twitter.com/P13s64fDzV
— Osman ZOLAN 🇹🇷 (@osmanzolan) October 30, 2022