Son yeniləmə: 29 Oktyabr 2022 14:58
BAYRAQDAR MEDİA – “Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”.
Bu sözləri qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Twitter hesabındakı paylaşımda yazıb.
Xatırladaq ki, bu gün qardaş ölkədə Cümhuriyyət Bayramıdır. Düz 99 il öncə bu gündə Türkiyə Cümhuriyyəti elan olunub.
Məhz bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Cumhuriyetimizin İlanının 99. Yılı vesilesiyle Büyükelçiliğimiz, Askeri Ataşelik,ilgili ve bağlı kuruluşlarımız,işinsanlarımız, Bakü’deki Türk okullarımızdan öğrenci,öğretmen,velilerimiz ve vatandaşlarımızın katılımıyla Türk ve Azerbaycan Şehitliklerinde bir tören düzenlenmiştir. pic.twitter.com/rHdPH0trDQ
— Türkiye in Azerbaijan (@TC_BakuBE) October 29, 2022