Press "Enter" to skip to content

Türk dünyası daha bir mədəniyyət tədbirinə hazırlaşır

Son yeniləmə: 28 Oktyabr 2022 14:42

Bursda II Qorqud Ata Türk Dünyası Film Festivalı keçiriləcək

BAYRAQDAR MEDİA – Bu il ikinci dəfə keçiriləcək Qorqud Ata Türk Dünyası Film Festivalı 1-5 noyabr 2022-ci il tarixləri arasında Bursada olacaq. Hazırlıqları tamamlanan festivala türk dünyasının bir çox yerindən önəmli isimlər qatılacaq.

Bu barədə verilən məlumatda deyilir ki, 200-dən çox rejissor, prodüser və aktyorun iştirak edəcəyi festivalda Kırm küləyi əsəcək. Çünki festivalda üç Krım filmi – “Tərcüməçi”, “Krım tatar mərasimləri” və “Mustafa” filmləri nümayiş olunacaq.

Məlumata əsasən, Bursada, Merinos Atatürk və Konqres Kültür Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və digər regionlardan 17 film nümayiş olunacaq.

Festivalı çərçivəsində 3 Krım tatar filminin nümayiş oluancağına dair xəbər böyük maraq və heyranlıqla qarşılanıb.

Mission News Theme by Compete Themes.