Press "Enter" to skip to content

Səfir etimadnaməsini Prezidentə təqdim edib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov etimadnaməsini İrlandiya Prezidenti Maykl Higginsə təqdim edib. Həmin gün İspaniya Krallığının və Kot-d’İvuar Respublikasının İrlandiyadakı səfirləri də etimadnamələrini Prezidentə təqdim ediblər.Protokola uyğun olaraq səfirlər xüsusi avtomobil və motosiklet müşayiəti ilə Prezident iqamətgahına gətiriliblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 28-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşün əvvəlində səfir, Prezident İlham Əliyevin salamlarını və dost İrlandiya xalqına ən xoş arzularını Prezident Maykl Higginsə çatdırıb: “E.Süleymanov ölkə başçısı tərəfindən Azərbaycanın İrlandiyada səfiri təyin olunmasından və Azərbaycanı təmsil etməsindən şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində münasibətlərin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib”.

Məlumata əsasn, öz növbəsində, Prezident Maykl Higgins Prezident İlham Əliyevə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinəvə xalqına çatdırmağını xahiş edib: “O, həmçinin səfir E.Süleymanova fəaliyyətində uğurlar arzu edib. Söhbət əsnasında, Prezident M.Higgins son illər ərzində Azərbaycanla İrlandiya arasında münasibətlərin daha da genişləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ümidlərini ifadə etmişdir”.

Qəbulun sonunda İrlandiya Prezidentinin iqamətgahında rəsmi orkestr Azərbaycan Dövlət Himnini səsləndirib: “ Səfər çərçivəsində səfirlik nümayəndələri İrlandiya Xarici İşlər Nazirliyində, parlamentdə və digər qurumlarda görüşlər keçirib. Eyni zamanda İrlandayada yaşayan bəzi Azərbaycan icma üzvləri ilə görüşlər keçirilib. Qeyd edək ki, Azərbaycanın Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi eyni zamanda, Azərbaycan Respublikasının Danimarka Krallığı, İslandiya Respublikası və İrlandiyada akkreditə olunmuşdur”.

Mission News Theme by Compete Themes.