Son yeniləmə: 28 Oktyabr 2022 11:05
BAYRAQDAR MEDİA – Neapol-Bakı Assosiasiyası Azərbaycanla İtaliya arasında mövcud dostluq, ticarət və mədəni-iqtisadi əlaqələrin inkişafına töhfələr verir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo ilə görüşündə bildirilib.
Komitədən BAYRAQDAR MEDİA-ya oktyabrın 28-də verilən məlumata görə, görüşdə həmçinin təşkilatın həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri F.Muradov Neapol-Bakı Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlığın perspektivləri barədə müsbət fikirdə olduğunu ifadə edib.
Qonaq öz növbəsində səmimi qəbula görə təşəkkür edib: “C.Kanilyo O, kiçik tarixi ekskurs edərək, 1972-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə Bakı və Neapol şəhərlərinin qardaşlaşması, bu il həmin layihənin 50 illiyinin tamam olması barədə danışıb. Bildirib ki, Neapol-Bakı Assosiasiyası 2014-cü ildə məhz bu qardaşlaşmanı yaşatmaq məqsədilə İtaliyada yaradılıb. Assosiasiya bu günə qədər görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətləri, ölkəmizin müasir tarixi və mədəniyyəti ilə bağlı onlarla maraqlı layihə həyata keçirib”.
Cüzeppe Kanilyoya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.