Press "Enter" to skip to content

Ermənistan səfiri meksikalı oxucuları aldatmağa çalışır

Məmməd Talıbov

BAYRAQDAR MEDİA – Meksikanın aparıcı mətbu orqanlarından olan “Excelsior” qəzetində səfir Məmməd Talıbovun Ermənistanın böhtan xarakterli məlumatlarına cavab müsahibəsi dərc olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 28-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibədə ilk olaraq səfir M.Talıbov Ermənistan səfiri Armella Şəkəryanın münaqişə ilə bağlı reallıqları təhrif edərək meksikalı oxuyucuları aldatmağa çalışdığını qeyd edib.

Müsahibədə Ermənistanın cinayətlərindən bəhs olunub: “Həmçinin Azərbaycanın bu ilin sonuna qədər sülh sazişi imzalamağa hazır olduğu bildirilib. Bunun üçün isə Ermənistanın bu kimi əsassız ittihamlardan əl çəkməli, 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu qeyd olunub”.

Müsahibədə Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfindən bu günə qədər törədilmiş saysız hesabsız müharibə cinayətlərinin araşdırılması ilə əlaqədar heç bir tədbir görülmədiyi də vurğulanır.

Mission News Theme by Compete Themes.