Son yeniləmə: 28 Oktyabr 2022 14:18
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dərman vasitələrinin idxalını, topdan və pərakəndə satışını həyata keçirən əsas bazar iştirakçıları ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, görüşdə dərman vasitələrinin üzərində Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş qiymətlərin qanunvericiliklə müəyyən olunmuş qaydada göstərilməsinin və satışın tənzimlənmiş qiymətlərə uyğun aparılmasının vacibliyi vurğulanıb: “Apteklərdə satılan dərman vasitəsi olmayan digər məhsulların da satışında qiymət intizamına əməl edilməsi, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri müzakirə edilib”.
Görüş iştirakçıları istehlak bazarına nəzarət və istehlakçı hüquqları, eyni zamanda, Dövlət Xidmətinin dərman vasitələri haqqında qanunvericilik sahəsində səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.