Son yeniləmə: 28 Oktyabr 2022 13:51
BAYRAQDAR MEDİA – Bu günlərdə Azərbaycanın Karsdakı Baş konsulu Nuru Quliyev Giresuna səfər edib. Səfər Türkiyənin Qaradəniz bölgəsində bir sıra şəhərlərin Azərbaycanın Kars Başkonsulluğu xidmət ərazisinə daxil edilməsi səbəbi ilə olub.
Səfər zamanı konsul Giresun valisi, Giresun Bələdiyyəsinin sədri və Giresun Üniversitetinin rektoru ilə rəsmi görüş keçirib. N.Quliyev eyni zamanda Giresun şəhərində fəaliyyət göstərən Giresun Azərbaycanlılar Dərnəyini də ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 28-də Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov məlumat verib.
Onun sözlərinə görə Baş konsul, dərnəkdə azərbaycanlı ailələr və tələbələrlə bir araya gəlib: “Görüş zamanı N.Quliyev onların istək və problemləri haqqında məlumat alıb”.