BAYRAQDAR MEDİA – Nazirlər Kabineti Respublika ərazisində xüsusi karantin rejiminin uzadılması ilə bağlı Qərar verib.
Xəbəri BAYRAQDAR MEDİA-ya oktyabrın 27-də NK-dan veriblər.
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılsın”, – deyə Qərarda bildirilir.