Press "Enter" to skip to content

Treninqin ikinci günü də yaddaqalan olub

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 27 Oktyabr 2022 11:28

İştirakçılar həm aktual mövzularla bağlı suallara cavab alıb, həm də maraqlı məlumatlar əldə ediblər

BAYRAQDAR MEDİABaş Prokurorluq tərəfindən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda iki günlük treninqin keçirildiyi barədə məlumat vermişdik.

İlk gün maraqlı məruzə və müzakirələrlə yadda qalıb

Həmin məlumatda təlimin birinci günü – oktyabrın 25-də hansı mövzulara toxunulduğunu da qeyd etmişdik.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev

Beləliklə, birinci gün olduğu kimi, ikinci gündə də maraqlı mövzularla bağlı məruzə və fikirlər dinlənilib.

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov
Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov

Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən treninqin ikinci günündə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova müvafiq mövzularla bağlı təqdimat çıxışları ediblər. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova
Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova

Daha sonra Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Sosial media üçün xidməti məlumatların hazırlanma metodikası və onların mediada yayımlama qaydası” mövzusunda təqdimatla çıxış edib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevə sertifikat təqdim edərkən
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevə sertifikat təqdim edərkən

Təqdimat zamanı da vurğulandığı kimi, bu məsələ günümüzdə öz aktuallığını qoruyur.

Treninq öz işini Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun moderatorluğu ilə keçirilən dəyirmi masa ilə davam etdirib. Bu zaman həm iştirakçıların sualları cavablandırılıb, həm də fikir və təklifləri dinlənilib. Treninqin təşkili səviyyəsindən və müzakirə obyekti olmuş mövzuların tədrisindən razı qaldıqlarını bildirən iştirakçılar gələcəkdə də bu kimi maarifləndirici tədbirlərdə iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.

Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media tur
Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media turu

Onu da bildirmək yerinə düşər ki, tədbir iştirakçıları Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media turu çərçivəsində Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə, müasir avadanlıqlarla zəngin olan kitabxanalarla, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik laboratoriyalı otaqla tanış olublar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir İsmayılova sertifikat təqdim edərkən
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılova sertifikat təqdim edərkən

Sonda bir daha xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mediası, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib.

Onu da bildirməyi özümüzə borc bilirik ki, təşkilatçılar bu iki günlük təlimin maraqlı olması, iştirakçıların qoyulan mövzularla bağlı zəngin məlumatlar əldə etməsi, həmçinin, prosesin birtərəfli deyil, geniş müzakirələr şəklində keçməsi üçün lazım olan şəraiti yaratmışdılar. Treninqin proqramına daxil edilən mövzular da məhz günümüzdə aktuallıq kəsb edən məsələlərə həsr edilmişdi.

Bir sözlə, treninqdə iştirak edən hər bir kəs oradan nəyisə öyrənməmiş, mövzularla bağlı onu maraqlandıran suallara cavab almamış getmədi. Təbii ki, bütün bunlara, həm media, həm də QHT təmsilçilərinə treninq çərçivəsində xüsusi diqqətlə yanaşıldığına görə təşkilatçılara minnətdarlıq edirik. Ümid edirik ki, gələcəkdə də belə zəngin proqrama malik treninq və görüşlər davam etdiriləcək.

Mission News Theme by Compete Themes.