BAYRAQDAR MEDİA – Türk Hava Yolları (THY) İraq türkmənlərinin vətəni Kərkük və Türkmənistanın Türkmənbaşına qarşılıqlı uçuşların başladığını açıqlayıb.
Bu barədə verilən məlumata görə, xüsusilə Kərkükə olacaq uçuşlar diqqət mərkəzindədir. Çünki Kərkük Beynəlxalq Hava Limanı 20 oktyabr 2022-ci ildə fəaliyyətə başlayıb.
Əvvəllər hərbi baza kimi istifadə edilən hava limanı nəhayət ki, kommersiya uçuşlarına başlayıb. Türk Hava Yolları hava limanına ilk uçuşunu həyata keçirəcək.