Press "Enter" to skip to content

“Nar bağı” Bazeldə nümayiş etdirilib

Filmin nümayişi zamanı

Son yeniləmə: 27 Oktyabr 2022 15:36

BAYRAQDAR MEDİA – İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” film festivalında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktybarın 27-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın Dostları” Virliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub: “Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb”. Qeyd edilib ki, diaspor təşkilatları və isveçrəlilərin birlikdə hazırlandığı“Cinema Querfeld” festivalında filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim edilir: “Filmin təqdimatı çərçivəsində İsveçrədə yaşayan tanınmış rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin”Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.

“Azərbaycanın Dostları”Birliyinin sədriArzu Əliyeva Bodmer bildirib ki, rəhbərlik etdiyi təşkilat 2014-cü ildən etibarən hər il bu festivalda iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur”.

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəx nümunələri də nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.