Press "Enter" to skip to content

“Nar” abunəçiləri eSIM-lə rəqəmsal rahatlığı seçir

Son yeniləmə: 27 Oktyabr 2022 14:54

BAYRAQDAR MEDİA – Azərbaycanda ilk dəfə “Nar” tərəfindən üztanıma texnologiyası ilə təqdim olunan eSIM xidmətindən yararlanan abunəçilərin sayı artmağa davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, tamamilə onlayn şəkildə xidmətə qoşulma imkanı sayəsində son 1 ay müddətində rəqəmsal nömrəsini aktivləşdirən abunəçilərin sayı 24 faiz artıb: “Mobil operatorun verdiyi məlumata görə qoşulan cihazlar arasında liderlik iPhonevə Samsung markalı telefonların payına düşür.

Xatırladaq ki, plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya nömrə dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zərurətini aradan qaldırır, eləcə də təkkartlı telefonlarda belə bir neçə nömrənin istifadəsini mümkün edir. Cihazınızın eSIM texnologiyasını dəstəklədiyindən əmin olmaq üçün *#06# kodunu yığın. eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək mümkündür”.

O da qeyd edilib ki, “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Mission News Theme by Compete Themes.