Press "Enter" to skip to content

İki qardaş ölkə arasında əməkdaşlıq dərinləşir

Türkmənistan və Özbəkistan prezidentləri strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalayıblar

Son yeniləmə: 27 Oktyabr 2022 09:36

Özbəkistan Türkmənistandan elektrik enerjisi idxal edəcək

BAYRAQDAR MEDİA – Özbəkistan Türkmənistandan 4 milyard kilovatsaat elektrik enerjisi alacağını açıqlayıb.

Bu açıqlamanı Özbəkistan Prezident Administrasiyasının mətbuat katibi Şerzad Əsədov verib. O, xatırladıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ötən həftə Türkmənistana səfəri zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.

Məlumata əsasən, Özbəkistanın müqavilə çərçivəsində Türkmənistandan 4 milyard kilovat-saat elektrik enerjisi idxal edəcək. Bundan əlavə, Türkmənistan 2023-cü ildə Özbəkistan vasitəsilə Qırğızıstana 2 milyard kVt/saat elektrik enerjisi ixrac edəcəyini bəyan edib.

Xəbərdə bildirilir ki, Ş.Mirziyoyev oktyabrın 20-21-də Türkmənistanda səfərdə olub. Aşqabadda yüksək səviyyəli görüşlərdən sonra Türkmənistan və Özbəkistan prezidentləri strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalayıblar.

Bundan əlavə, iki ölkənin hökumətləri, nazirlikləri və enerji sektorunun idarəedici qurumları arasında Türkmənistan-Özbəkistan əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyan bir çox sazişlər imzalanıb.

Mission News Theme by Compete Themes.