Press "Enter" to skip to content

DSMF sədri Dünya Sosial Təminat Forumunda

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Mərakeşdə səfərdə olub. O, səfər zamanı Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Mərakeş Krallığında keçirilən Dünya Sosial Təminat Forumunun panel sessiyasında çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 27-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, “Sosial təminat idarəçiliyində insan resurslarının idarə edilməsi üzrə BSTA Təlimatları” mövzusuna həsr edilmiş sessiyada H.Məmişov sosial təminat idarəçiliyinin gücləndirilməsi perspektivlərindən danışıb: “O həmçinin sosial təminat qurumlarının hazırda malik olduqları və insan resurslarının gələcəyə hədəflənən səmərəli idarəetmə potensialının inkişaf etdirilməsindən bəhs edib. DSMF-nin insan resursları siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, peşəkar kadr hazırlığının, iş prosesinin müasir texnologiyalar əsasında, işgüzar mühitin tam demokratik və bərabərlik prinsipləri əsasında qurulması ilə bağlı Fondda aparılan ardıcıl və genişmiqyaslı işlər geniş auditoriyanın diqqətinə çatdırılıb”.

Bildirilib ki, H.Məmişov Fond tərəfindən bu istiqamətdə icra olunan islahatlar barədə xarici ölkə təmsilçilərinin suallarını da cavablandırıb.

Mission News Theme by Compete Themes.