BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 27-də biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, hər iki fənn üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının müzakirəsi olub: “İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Növbəti iclaslarda müzakirələr davam etdiriləcək”.