Son yeniləmə: 27 Oktyabr 2022 14:06
BAYRAQDAR MEDİA – Dünyanı bürüyən enerji böhranı ölkələri ehtiyat tədbirləri görməyə vadar edir.
Balkan ölkələri də bununla bağlı axtarışdadırlar.
Bu günlərdə Serbiya Prezidenti Aleksandr Vuçiç, Albaniyanın baş naziri Edi Rama və Quzey Makedoniyanın baş naziri Dimitar Kovacevski bir araya gəliblər.
Məlumata əsasən, A.Vuçiç sosial media hesabındakı paylaşımında “Açıq Balkan” təşəbbüsünün liderləri olaraq enerji böhranının həlli yolunu axtardıqlarını bildirib: “E.Rama və D.Kovacevski ilə bölgədə qış mövsümünü yüngülləşdirəcək ortaq addımlar barədə danışdıqlarını qeyd edən A.Vuçiç, “Açıq Balkan təşəbbüsü bölgə xalqı üçün sülh, firavanlıq və daha təhlükəsiz gələcək deməkdir”, – deyə vurğulayıb”.
Serbiya lideri görüş zamanı Berlin prosesi çərçivəsində keçirilməsi planlaşdırılan görüşün də müzakirə edildiyini bildirib.