Son yeniləmə: 26 Oktyabr 2022 13:37
BAYRAQDAR MEDİA – Bu günlərdə mediada Kosovanın xarici işlər naziri Donika Gervalla Şvars barədə maraqlı məlumat yayılıb.
Məlumatda iddia edilir ki, D.G.Şvars Quzey Makedoniyaya etdiyi rəsmi səfərlərdən birində diplomatik qalmaqala imza atıb: “Ekonomi Online” və “Albanian Post”un xəbərlərinə görə, Gervalla Şvars təhdid dolu fikirlərinə görə Quzey Makedoniyanın o vaxtkı baş nazir Zoran Zaevin ofisindən qovulub. G.Şvars Z.Zaevlə görüşü zamanı “Quzey Makedoniya Açıq Balkan Təşəbbüsündən çıxmasa, Kosova ilə problem yaşayacağı” ilə hədələyib. Bundan qəzəblənən baş nazir G.Svarsın kabineti tərk etməsini istəyib”.
Hadisənin nə zaman baş verməsi ilə bağlı heç bir məlumat verilmir. Lakin qalmaqalın ötən ilin sonunda, Z.Zaev 2022-ci ilin yanvarında vəzifəsini Dimitar Kovacevskiyə təhvil verməzdən əvvəl baş verdiyi təxmin edilir.