Press "Enter" to skip to content

Təhsil ictimaiyyəti üçün dəyərli mənbə

Cəfər Məsimi kitabı görüş iştirakçılarına tədqim edərkən

Son yeniləmə: 26 Oktyabr 2022 13:00

“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı müzakirə edilib

BAYRAQDAR MEDİA – “Bu kitab Azərbaycan təhsil ictimaiyyəti üçün dəyərli mənbədir”.

Bunu “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” adlı kitabın müzakirəsi zamanı “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən verilən məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin müəllifi olduğu kitab məktəb direktorlarının iştirakı ilə müzakirə olunub.

Mehriban Vəliyeva
Mehriban Vəliyeva

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov və BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak ediblər: “Tədbiri giriş sözü ilə açan C.Mənsimi platforma haqqında məlumat verib, kitabın ərsəyə gəlməsi prosesi haqqında danışıb”.

Məlumata əsasən, sonra BŞTİ-nin müdiri M.Vəliyeva çıxış edib: “M.Vəliyeva dünyaca məşhur təhsil mütəxəssisi A.Şleyxerin təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək istiqamətində apardığı tədqiqat işləri, həmçinin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təhsil idarəçiləri, təhsilverənlər və ümumilikdə təhsil ictimaiyyəti üçün əhəmiyyətindən söz açıb”.

Tədbir zamanı
Tədbir zamanı

İdarə müdiri bildirib ki, kitabda öz əksini tapan önəmli mövzular təhlili təhsil liderləri və məktəblərimizin müasir dünya ilə ayaqlaşmağı necə bacaracağını bilmək istəyən hər kəs üçün dəyərli tədqiqat nümunələridir.
Çıxış edən Q.Məhərrəmov Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı barədə məlumat verib: “Həmçinin müəllifin kitabda müraciət etdiyi mövzuların son dərəcə aktuallığından, ayrı-ayrı ölkələrin təhsil təcrübələri və statistik göstəricilərinə əsaslanaraq təhlil olunmasından danışıb. Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib”.

Mission News Theme by Compete Themes.