Press "Enter" to skip to content

Serbiya hökumətində boşnak nazir

Son yeniləmə: 26 Oktyabr 2022 11:02

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Serbiyada yeni hökumət formalaşıb. İşin maraqlı tərəfi ondadır ki, bu hökumətdə boşnak əsilli nazir də var.

Balkan News xəbər verir ki, Serbiyanın boşnak əhalisinin sıx məskunlaşdığı Sancak bölgəsində Novi Pazar Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışan Hüseyn Memiç yeni hökumətdə yeganə boşnak nazir olub.

Məlumata əsasən, o, hökumətin yeni nazirliklərindən biri olan Turizm və Gənclər Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib: “Yerli mətbuat yazır ki, H.Memiç Serbiya Prezidenti Aleksandr Vuçiçlə SDP sədri Rasim Lyayiç arasında məsləhətləşmələr nəticəsində bu vəzifəyə təyin edilib. Bir müddət əvvəl boşnakların idarəçilikdə və orduda daha çox yer alması lazım olduğuna diqqət çəkən A.Vuçiç bununla sözügedən təyinatın siqnallarını vermişdi”.

Yeni hökumətdə Telekommunikasiya və İnformasiya Nazirliyi, Dövlət İnvestisiyaları Nazirliyi və Dövlət Nazirliyinin rəhbəri postu hələlik boş qalıb. Bu nazirliklərə təyin ediləcək adlar arasında keçmiş Sancak müftisi Muamer Zukorlicin oğlu Usamə Zukorlicin sədri olduğu Ədalət və Sülh Partiyasından bir boşnak təmsilçinin olduğu da iddia edilir.

Digər tərəfdən, xorvat əsilli Tomislav Ziqmanovun yeni hökumətin İnsan Haqları və Azlıqlar Nazirliyinə rəhbər təyin edilməsi xorvatları sevindirən hadisə olub.

Mission News Theme by Compete Themes.