Son yeniləmə: 26 Oktyabr 2022 15:00
BAYRAQDAR MEDİA – Bəhramtəpə Melioservis İdarəsi İmişlidə və Biləsuvarda kollektorları lildən təmizləyir.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 26-da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
O, qeyd edib ki, Bəhramtəpə Melioservis İdarəsi təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cüməldən torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirir: “Hazırda idarənin texnikaları İmişli rayonu ərazisində kollektor-drenaj şəbəkəsini lildən təmizləyir. Bununla da kollektora yaxın ərazilərdə yerləşən torpaqların şoranlaşmasının qarşısı alınır və əkinəyararlı hala gəlir. Uzun illər əkin aparılmayan torpaqlar meliorativ cəhətdən keyfiyyətli torpaqlara çevrilir”.
Vurğulanıb ki, Bəhramtəpə Melioservis İdarəsi İmişli rayonu ilə yanaşı, Biləsuvar rayonunda da meliorativ tədbirləri davam etdirir: “Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan fermerlərin su təminatının yaxşılaşdırılması məqsədilə əkin sahələrinin yaxınlığından keçən kollektor-drenaj şəbəkələrinin təmizlənməsi üçün əraziyə texnikalar cəlb olunub. Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi İmişli və Biləsuvar rayonlarının bir çox kəndlərində və ərazilərində kollektor-drenaj şəbəkələrinin və torpaq məcralı kanalların lildən təmizlənməsi işlərini davam etdirir”.