Press "Enter" to skip to content

Dəstək tədbirləri davam edir

Postmüharibə dövründə 15 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb edilib

BAYRAQDAR MEDİA – 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məlumat verilib.

Məlumata əsasən, postmüharibə dövründə Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 15 min 521 şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb edilib: “Onlardan 8 min 838 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Agentlik tərəfindən həmin kateqoriyalara aid 6 min 505 nəfər isə münasib işlə təmin edilib. Həmçinin postmüharibə tədbirləri çərçivəsində şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları olan 178 şəxs peşə hazırlığına cəlb edilib”.

 

Mission News Theme by Compete Themes.