Son yeniləmə: 26 Oktyabr 2022 10:29
BAYRAQDAR MEDİA – “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində oktyabrın 26-da səhər saatlarında qəza baş verib. Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub: “Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.