Son yeniləmə: 26 Oktyabr 2022 09:46
BAYRAQDAR MEDİA – “Azərbaycanda baş verən yol qəzasından sonra Başakşehir Çam və Sakura Xəstəxanasında müalicəsi davam edən cənab Binali Yıldırımın səhhəti yaxşıdır. Sınıq səbəbiylə bu gün keçirilən əməliyyat uğurla başa çatıb. Bir daha keçmiş olsun deyirəm”.
Bunu qardaş Türkiyənin səhiyyə naziri Fahrattin Koca oktyabrın 25-də sosial şəbəkə hesabından yaydığı açıqlamada qeyd edib.
Azerbaycan'da geçirdiği trafik kazası sonrasında tedavisi Başakşehir Çam ve Sakura Hastanesinde devam eden Sn. Binali Yıldırım'ın sağlık durumu iyi. Kırık sebebiyle bugün yapılan operasyon başarıyla tamamlandı. Kendilerine tekrar geçmiş olsun dileklerimi sunuyorum.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) October 25, 2022
Xatırladaq ki, oktyabrın 20-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycana səfərində onu müşayiət edənlər arasında keçmiş baş nazir B.Yıldırım və millət vəkili Ş.Ayrım da vardı. B.Yıldırımla Ş.Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşmüşdü.