Son yeniləmə: 25 Oktyabr 2022 10:30
Erhan Arıklı: Suphi Asiltürk sevdiyimiz qardaşdır, amma namizədimiz deyil
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) dekabrda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini xəbər vermişdik. Həmçinin həm hökumət ortaqlarının, həm də müxalifətin bu seçkilərə xüsusi hazırlaşdığını bildirmişdik.
Bu arada isə bəlli olub ki, hökumət ortaqlarından Yenidən Doğuş Partiyasında (YDP) Lefkoşa bələdiyyəsi sədrliyinə namizədliklə bağlı fikir ayrılığı yaranıb. Məlumata əsasən, YDP genəl başqanı Erhan Arıklı partiya üzvü Suphi Asiltürkün namizədliyi ilə bağlı sualı cavablandırıb.
O, “Suphi Asiltürk sevdiyimiz qardaşdır, amma namizədimiz deyil. Müstəqil namizəddirsə, ona hörmətlə yanaşacağıq”, – deyib.
E.Arıklının sözlərinə görə, YDP Lefkoşa bələdiyyəsi ilə bağlı hələ qərar qəbul etməyib.
E.Arıklı ittifaq ortaqları arasında seçkilərlə bağlı bir anlaşmanın imzalandığını xatırladıb.
Onu da qeyd edək ki, Ulusal Birlik Partisi (UBP), Sadık Gardiyanoğlunun Lefkoşa bələdiyyəsi başqanlığına namizədliyini irəli sürüb. Koalisiyanın digər ortaqları DP ve YDP-nin də S.Gardiyanoğlunu dəstəkləyəcəyi gözlənilir.