Press "Enter" to skip to content

“Xəzərin rəqsi”nin seçim turu başlayır

Son yeniləmə: 25 Oktyabr 2022 13:25

BAYRAQDAR MEDİA – Oktyabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Xəzər rayonu üzrə seçim turu təşkil olunacaq.

Bu barədə Baş İdarədən məlumat verilib.

Məlumata görə, “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi oktyabr və dekabr aylarında keçirilir: “Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd rəqs sənətini inkişaf etdirmək, bu sənətin qədim ənənələrini qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin istedadları aşkar etmək, onların peşəkar inkişafını istiqamətləndirməkdir”.

Mission News Theme by Compete Themes.