Press "Enter" to skip to content

Qəhrəmanlara dəstək sərgisi

Son yeniləmə: 25 Oktyabr 2022 12:51

BAYRAQDAR MEDİA – Oktyabrın 26-dan 31-dək “YAŞAT” Fondunun və Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı, “Veysəloğlu” Şirkətlər Qrupunun və Qız Qalası Qalereyasının təşkilatçılığı ilə “Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, sərgidə 33 tanınmış və gənc rəssamın 40 əsəri nümayiş olunacaq: “Sərgidən əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə ediləcək, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürüləcək. Sərgi İçərişəhərdə, Qüllə küçəsi, 6 ünvanında yerləşən “QGallery” rəsm qalereyasında keçiriləcək. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş qazilərimizə və şəhidlərimizin ailə üzvlərinə dəstək olmaqdır”.

Mission News Theme by Compete Themes.