Press "Enter" to skip to content

Müəllimlər müzakirələrə cəlb olunublar

Müzakirələr zamanı

Son yeniləmə: 25 Oktyabr 2022 14:13

BAYRAQDAR MEDİATəhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimlər davam edir.

İnstitutdan bildirilib ki, budəfəki təlimlər “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” mövzusuna həsr olunub: “Təlim iştirakçıları məktəbdaxili qiymətləndirmənin məqsədlərinin təmin edilməsi istiqamətində müzakirələrə cəlb olunublar. Həmçinin, məktəbin, müəllimin və şagirdin fəaliyyətinin səmərəli təşkili, valideyn və məktəb arasındakı əks-əlaqənin təmin olunması baxımından məktəbdaxili qiymətləndirmənin rolunu müəyyənləşdiriblər və qiymətləndirmə vasitələrinin hazırlanması ilə bağlı praktik işlər yerinə yetiriblər. Eyni zamanda, təlim iştirakçıları diaqnostik, formativ və summativ qiymətləndirmənin məqsədləri arasında fərqi müəyyənləşdirib, tədris prosesində qiymətləndirmənin rəqabətə deyil, stimulverici qüvvəyə çevrilməsini təmin etmək məqsədilə diqqət yetirilməli məqamları aydınlaşdırıb və bu istiqamətlərdə səmərəli təcrübə mübadiləsi aparıblar”.

Qeyd edilib ki, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi fənlərin tədrisi metodikası, ümumi metodika və pedaqogika ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq təlimlər keçirir.

Mission News Theme by Compete Themes.