Press "Enter" to skip to content

Azərbaycanla Özbəkistan arasında daha bir əməkdaşlıq

İmzalanma mərasimi

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondu arasında Niyyət Protokolu” imzalanıb. İmzalanma Beynəlxalq Sosial Təminat Assosiasiyasının Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində olub.

Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata əsasən, sənədi Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov imzalayıblar: “Protokolda dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə olunur. Sənəddə pensiya təyinatı, hesablanması, pensiya təminatı ilə bağlı qanunvericilikdə dəyişikliklər, bu sahədə təcrübə və məlumat mübadiləsi və s. kimi sahələrdə əməkdaşlıq istiqamətləri əksini tapır”.

Mission News Theme by Compete Themes.