Press "Enter" to skip to content

Abdullah Erenin zəngin səfər proqramı

Son yeniləmə: 25 Oktyabr 2022 09:27

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) başqanı Abdullah Erenin rəhbərlik etdiyi heyət Hollandiyaya işgüzar səfər edib.

Məlumata əsasən, YTB nümayəndə heyəti səfərləri və təmasları çərçivəsində Hollandiyadakı türk toplumunun ehtiyac və tələblərinin müzakirə olunduğu görüşlər keçirib, iş dünyası, gənclər və hüquqşünaslarla görüşüb.

Nümayəndə heyəti əvvəlcə Hollandiyada müxtəlif iş sahələrində uğurlu işlər həyata keçirən türk sahibkarlarla, daha sonra türk QHT nümayəndələri ilə görüşüb, cəmiyyətin ehtiyac və tələblərini dinləyib.

Bunlarla yanaşı, nümayəndə heyəti qocalar evində qocalarla görüşüb.

A.Eren bununla bağlı Twitter hesabından paylaşım da edib. Paylaşımda deyilir:“Hollandiyada yeganə türk qocalar evi olan Lalə Qocalar Evində olduq, böyüklərimizin əllərindən öpdük. Onların ehtiyaclarını soruşduq, dualarını aldıq. Lalə Qocalar Evi kimi gözəl örnəklərin sayının artırılması, öz dəyərlərinə uyğun qocalar evinə zəhmət çəkmiş, vətənini vətən etmiş xalqımızın ehtiyacı üçün vacibdir”.

A.Erenin digər paylaşımı da futbol komandası ilə bağlı olub: “Amsterdam Gənclərbirliyi. 1982-ci ildən bəri Hollandiyanın paytaxtı Amsterdam həm türklərin, həm də digər toplumların diqqətini çəkir. Onların 40-a yaxın komandası və müxtəlif yaş qruplarında 600 oyunçusu var”.

Mission News Theme by Compete Themes.