Son yeniləmə: 24 Oktyabr 2022 11:37
BAYRAQDAR MEDİA – Finlandiya Avropa Birliyinə üzv olmaq üçün cəhdlərini davam etdirir. Bu istiqamətdə növbəti addım oktyabrın 25-də atılacaq.
Məlumata əsasən, həmin gün Finlandiya nümayəndə heyəti terrorçuların ekstradisiyası məsələsini müzakirə etmək üçün Türkiyəyə gələcək.
Məlumatda deyilir ki, Finlandiya Ədliyyə Nazirliyinin rəsmiləri oktyabrın 25-də Ankarada FETÖ və PKK terrorçularının ekstradisiyasını müzakirə etmək üçün Türkiyə Ədliyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa İttifaqı baş direktoru Kasım Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək.
Qeyd edək ki, Finlandiya NATO Sammitinin keçirildiyi Madriddə Türkiyə ilə terror təşkilatlarına qarşı əməkdaşlığa dair üçtərəfli memorandum imzalayıb.