Press "Enter" to skip to content

Dünya çempionatda 1 gümüş, 2 bürünc

Son yeniləmə: 24 Oktyabr 2022 09:39

BAYRAQDAR MEDİA – Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edilib ki, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçi startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb – 13:2.

Məlumata əsasən, Azərbaycan yığmasının üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib – 10:0: “X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb. Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub”.

Mission News Theme by Compete Themes.