Son yeniləmə: 24 Oktyabr 2022 17:40
BAYRAQDAR MEDİA – Ukrayna Ali Şurası tərəfindən Çeçenistan İçkeriya Respublikasının müstəqilliyinin tanınması ilə bağlı qərar İstanbulda yaşayan çeçenləri məmnun edib. Bununla bağlı xüsusi bəyanat qəbul edilib.
Məlumata əsasən, mətbuat üçün verilən bəyanatda Ukrayna xalqına, çeçen xalqına və Ukrayna hökumətinə təşəkkür öz əksini tapıb. Həmçinin, Rusiyanın qeyri-insani təcavüzünə cəsarətlə qarşı çıxan bütün insanlarla həmrəylik nümayiş etdirilib.
Eyni zamanda, İstanbulda Rusiya əleyhinə keçirilən etiraz aksiyasında Çeçenistan İçkeriya Respublikasının İstanbuldakı nümayəndələri də iştirak edib.
İstanbul’daki Çeçenlerden İçkerya’nın bağımsızlığını tanıyan Ukrayna’ya teşekkürhttps://t.co/dYufTIRhpq pic.twitter.com/MRXqgrfh2g
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) October 23, 2022